Çinin Qazaxıstan və Qırğızıstan sərhədləri yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
“Report”un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 535 min nəfər əhalisi olan Aksu rayonundan 155 km qərbdə, zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bizim Telegram kanalımıza abunə olun