IMG-LOGO

Yaponiyada bıçaqlı hücum nəticəsində bir nəfər ölüb

25.02.2024 08:11 49 baxış
IMG

Yaponiyanın şimalındakı Sapporo şəhərində bıçaqlı şəxsin mağaza müştərilərinə hücumu nəticəsində azı bir nəfər ölüb, iki nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Hadisə Yaponiya ərazisində fəaliyyət göstərən 24 saatlıq supermarketlərdən birində baş verib.

Hücum edən şəxs hadisə yerində saxlanılıb və onun işsiz 43 yaşlı yerli sakin olduğu məlum olub.

Hazırda onun hadisəni nə üçün törətməsi barədə araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti