İsrailin baş naziri Benyamin Netanyahu yaxın günlərdə Qəzza zolağının cənubundakı Rəfah şəhəri ilə bağlı fəaliyyət planını hökumətin təsdiqinə təqdim edəcəyini bildirib.
“Report” xəbər verir ki, bu barədə İsrailin baş naziri “X” sosial şəbəkəsində bildirib.
“Yaxın günlərdə mən Nazirlər Kabinetini çağıracağam ki, Rəfahın əməliyyat planlarını, o cümlədən mülki əhalinin oradan təxliyəsini təsdiq etsin”, - deyə o qeyd edib.
Bizim WhatsApp kanalımıza abunə olun