Bir çox insanlar çayların nadir hallarda təmiz olduğuna inanırlar. Çünki çayın suyu adətən bulanıq görünür. Bu doğrudur. Ancaq bəziləri şəffaflığı ilə diqqəti cəlb edir.
Lent.az haqqında çox məlumat olmayan dünyanın ən təmiz 3 çayını təqdim edir:
İsveçrə - Verzaska
Bu çay təmiz suları ilə heyran edən bir çox turistə məlumdur. Maraqlısı odur ki, Verzaska tez-tez çəkiliş zamanı kameralara tuş gəlir. Ancaq onun haqqında çox da məlumat yoxdur. Buna baxmayaraq, çayın uzunluğunun 30 kilometr olduğunu qeyd etmək lazımdır.
Rusiya - Vonça
Uzaq ölkələrə səyahət etmək imkanı olmayanlar Rusiyaya baş çəkə bilərlər. Belə ki, Mari El ərazisində planetin ən təmiz çaylarından biri var. Bu çayda yalnız ən təmiz sularda rast gəlinən balıqları görmək mümkündür.
Rusiya - Anqara
Bu çayı Sibirə getməyə qərar verən səyahətçilər ziyarət edə bilər. Anqaranın ətrafı meşə ilə əhatə olunduğu üçün çox gözəl mənzərəyə sahibdir. Çay o qədər şəffaf və təmizdir ki, ona baxan zaman dibini asanlıqla görə bilərsiniz.