Tunisin keçmiş prezidenti Moncef Marzuki məhkəmə tərəfindən qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.
"Report"un xəbərinə görə, bu barədə "Mosaique FM" radiostansiyası məlumat yayıb.
Cinayət təqibinə səbəb sabiq dövlət başçısının mətbuatda və sosial şəbəkələrdə tez-tez prezident Kais Səidin administrasiyasını tənqid etməsi olub. Məhkəmə Marzukini Tunisdə insanları hakim rejimi devirməyə təhrik etməkdə, iğtişaşlar törətməkdə, qətllər və quldurluqlarda təqsirli bilib.
Xatırladaq ki, Marzuki 2011-ci ilin dekabrından 2014-cü ilin dekabrına kimi Tunisin Prezidenti olub. O, uzun illər insan haqları fəallığı və yazıları ilə tanınır. Marzuki hazırda Fransada yaşayır.
Bizim Telegram kanalımıza abunə olun