IMG-LOGO

ABŞ ordusu ölkənin qərbində naməlum uçuş aparatını izləyib

24.02.2024 05:23 53 baxış
IMG

ABŞ ordusu ölkənin qərb bölgəsi üzərində uçuş aparatını izləyir.

"Report"un məlumatına görə, bu barədə "CBS News" rəsmilərə istinadən məlumat yayıb.

Telekanalın mənbələrinə görə, obyekt təhlükə yaratmasa da, mənşəyi və təyinatı hələ məlum deyil.

Bildirilir ki, naməlum aparat hava axınlarının təsiri altında şərq istiqamətində hərəkət edir. Bir gün əvvəl gündüz Kolorado səmasında bir obyekt görünüb. Televiziya mənbələrindən birinin dediyinə görə, aparatın səmada olması o qədər narahatlığa səbəb olub ki, hərbçilər araşdırma aparmaq üçün səmaya qalxıblar.

Xatırladaq ki, 2023-cü ilin fevral ayının əvvəlində ABŞ səlahiyyətliləri ölkənin kontinental hissəsində kommersiya hava səyahətləri üçün standart parametrləri əhəmiyyətli dərəcədə üstələyən yüksəklikdə Çin şarını aşkar etmişdilər. Onun yerdəki insanlara heç bir təhlükə törətmədiyi iddia edilir. Daha sonra Amerika qüvvələri bu “kəşfiyyat şarını” ABŞ-nin hava məkanında vurdular. Pentaqon rəsmilərinin sözlərinə görə, o, “vacib məlumatların toplanması” ilə məşğul idi. Bu hadisələrlə əlaqədar dövlət katibi Antoni Blinken Çinə səfərini təxirə salıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti