ABŞ Milli Qvardiyasına məxsus "AH-64 Apache" helikopteri Missisipi ştatında qəzaya uğrayıb.
Lent.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Teyt Rivz məlumat verib.
Hadisədə iki ekipaj üzvü həlak olub.
Eyni zamanda, Missisipi Milli Qvardiyası öz "Facebook" səhifəsində “qurbanlar haqqında məlumatın hələ təsdiqlənmədiyini” bildirib.
Hadisə yerində mütəxəssislər işləyir.