IMG-LOGO

Misir və BƏƏ 35 milyard dollarlıq kurort inşa edəcək

24.02.2024 02:38 46 baxış
IMG

Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Aralıq dənizi sahilində Ras əl-Hikmə kurortunun tikintisi üçün 35 milyard dollar dəyərində investisiya sazişi imzalayıb.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, imzalanma mərasimi Misir hökumətinin paytaxtdakı yeni inzibati mənzil-qərargahında baş tutub.

“Rəs əl-Hikmə”nin tikintisi Misir və BƏƏ arasında əməkdaşlıq tarixində ən böyük layihədir: onun sahəsi nə az, nə çox 170,8 milyon kvadratmetr olacaq”, - konfransda iştirak edən Misirin Baş naziri Mustafa Madbuli bildirib.

Baş nazirin sözlərinə görə, bu sövdələşmə "Misir tarixində birbaşa investisiyalar sahəsində ən böyük sazişdir". Madbouli əlavə edib ki, BƏƏ iki ay ərzində respublikaya 35 milyard dollarlıq birbaşa investisiyalar ayıracaq. "Vurğulamaq istərdim ki, bu sövdələşmə aktivlərin satışı deyil, Qahirə və Əbu-Dabi arasında tam hüquqlu tərəfdaşlığı təmsil edir", - Baş nazir gələcək turizm zonasının Misir gənclərini "milyonlar iş yeri" ilə təmin etmək üçün nəzərdə tutulduğunu qeyd edib.

Kurort ərazisində mehmanxanaların, əyləncə zonalarının və ixtisaslaşdırılmış biznes məhəllələrinin tikilməsi nəzərdə tutulur. Cənubda beynəlxalq hava limanının tikintisi planlaşdırılır. Madbuli hesab edir ki, kurort Misirə "azı 8 milyon turist" cəlb edəcək, ona görə də Qahirə tikintini mümkün qədər tez başa çatdırmaq niyyətindədir. Cümə günü imzalanmış müqaviləyə əsasən, Misir tərəfi kurortun gəlirlərinin 35%-ni almaq hüququna malik olacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti