IMG-LOGO

Almaniyanın XİN başçısı Qəzzada humanitar fasiləyə ehtiyac olduğunu açıqlayıb

24.02.2024 03:07 53 baxış
IMG

Almaniyanın xarici işlər naziri Annalena Barbok humanitar yardımın çatdırılması üçün Qəzza zolağında fasiləyə ehtiyac olduğunu bildirib.

Bu barədə "Report" DPA-ya istinadən xəbər verir.

"Girovları azad etmək və Qəzza zolağına humanitar yardım çatdırmaq üçün fasilə lazımdır", - o Nyu-Yorkda deyib.

Nazirin sözlərinə görə, indi orada humanitar vəziyyət fəlakətlidir.

Ötən il 7 oktyabrda Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək Livan və Suriyanın zolağına və müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti