IMG-LOGO

İspaniyada Ekvatorial Qvineya Prezidentinin oğlunun həbsinə order verilib

24.02.2024 01:53 53 baxış
IMG

İspaniya tribunalı Ekvatorial Qvineyası Prezidentinin oğullarından biri, dövlət katibi, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Karmelo Ovono Obianqın, habelə müxalifətçilərin qaçırılması və işgəncə verilməsində şübhəli bilinən digər iki məmurun həbsinə order verib.

"Report"un məlumatına görə, bu barədə " Agence France-Presse" agentliyi xəbər yayıb.

İspaniya tribunalının press-relizində qeyd edilir ki, orderlər həm də ölkənin daxili təhlükəsizlik naziri Nikolas Obama Nçamaya və Prezidentin Təhlükəsizlik İdarəsinin baş direktoru İsaak Nqema Endoya qarşı yönəlib.

İspaniya ədliyyəsi kəşfiyyat rəhbərindən və daha iki yüksək vəzifəli məmurdan 2023-cü ilin yanvarında ölən İspaniya vətəndaşı Xulio Obama Mefuman da daxil olmaqla, dörd siyasi rəqibin oğurlanması, işgəncəyə məruz qalmasında əli olmasından şübhələnir. Ekvatorial Qvineyanın müxalifət hərəkatı onun Afrika ölkəsində həbsxanada işgəncələrə məruz qaldığını və öldüyünü iddia edir. Malabo hökuməti onun xəstəlik nəticəsində xəstəxanada öldüyünü bildirib. İspan dövlət çevrilişinə cəhd ittihamı ilə məhkum edilib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti