ABŞ-ın Kaliforniya ştatında evsiz kişi kiçik şəxsi təyyarəsini oğurlayıb və bununla da təhlükəsizliklə bağlı fikirlərini bildirib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 50 yaşlı Louis Ayres fevralın 8-də axşam saat 17 radələrində Palo Alto hava limanından təyyarəni qaçıraraq 40 kilometr uçduqdan sonra həbs edilib. Daha sonra o, “Half Moon Bay” çimərliyinə enməyə məcbur olub. Bu, təyyarənin çevrilməsinə və əvvəlcə burnuna toxunmasına səbəb olub. Ancaq ciddi zərər görməyib.
Həbs edildikdən sonra Louis Ayres müstəntiqlərə "hava limanının təhlükəsizliyinin zəif olduğunu hökumətə göstərmək üçün" 150 min dollarlıq təyyarəni qaçırdığını deyib.
O, hava limanının hasarındakı boşluqdan sürünərək açarsız təyyarəyə daxil ola bilib. Ayres də müstəntiqlərə uçmağı vətəni Braziliyada öyrəndiyini söyləyib.