Səyahətçilər üçün “Tripadvisor” xidməti tədqiqat apararaq Avropanın ən yaxşı çimərliklərinin siyahısını tərtib edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ən yaxşı Avropa çimərlikləri arasında Türkiyənin iki çimərliyi yer alıb. Onlardan biri Muğla əyalətindəki Dalyan şəhəri yaxınlığında yerləşən İztuzu çimərliyidir. O, siyahıda 16-cı yerdədir.
İkincisi isə reytinq siyahısının 21-ci pilləsində qərarlaşan Antalyadakı məşhur Konyaaltı çimərliyidir.
Avropa çimərlikləri arasında liderlər üçlüyündə Portuqaliyanın Prayya-da-Faleziya, İtaliyanın Spyadja dey Konilyi və İspaniyanın La-Konça çimərlikləridir.