IMG-LOGO

Latviya Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub

22.02.2024 21:16 51 baxış
IMG

Latviya Seymi (parlamenti) Baltikyanı ölkəyə istehlak üçün Rusiya və Belarusdan kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqan məlumat yayıb.

“Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı haqqında qanuna qəbul edilmiş dəyişikliklər Latviyaya istehlak üçün Rusiya və Belarusdan kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyur”, - Seymin saytında yerləşdirilən məlumatda deyilir.

Dəyişikliklərə əsasən, məhsullar, Rusiya və Belarusda istehsal olunubsa, üçüncü ölkələrdən də idxal edilə bilməz. Qadağa Latviyada qalan məhsullara şamil edilir.

Seym hökumətə iki həftə ərzində qadağanın tətbiqi qaydalarını hazırlamağı tapşırıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti