IMG-LOGO

Ülviyyə Fətəliyeva: "Özbəkistandakı şahmat turnirində qalib olmaq məni sevindirir"

16 Mar 2026 16:30 4 baxış
IMG

Özbəkistanın Buxara şəhərində keçirilmiş "IV Womens Chess Championship" beynəlxalq turnirində qalib olmaq Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyevanı sevindirir.

29 yaşlı qrossmeyster bu barədə "Report"a açıqlama verib.

Ötən ay Azərbaycan çempionatının da qalibi olan şahmatçı turnirə 8 ölkədən 10 şahmatçının qatıldığını xatırladıb:

"9 turda 6,5 xal topladım. Yarışda çox güclü rəqiblər var idi. Belə turnirdə bu cür nəticə göstərmək məni sevindirir".

Ü.Fətəliyeva qarşıdakı hədəflərindən də söz açıb: "Belə nailiyyətlərin davamlı olacağına ümid edirəm. Növbəti yarışlarda da yaxşı nəticələr göstərmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Xəbər lenti