IMG-LOGO

Starmer: Hörmüz boğazının açılması NATO çərçivəsində həyata keçirilməyəcək

16 Mar 2026 16:36 12 baxış
IMG

Hörmüz boğazının açılması əməliyyatı NATO çərçivəsində həyata keçirilməyəcək.

"Report" Britaniya KİV-nə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer mətbuat konfransında bildirib.

"Biz Hörmüz boğazının blokadadan çıxarılması istiqamətində digər ölkələrlə işləyirik. İcazə verin aydınlıq gətirim: bunun NATO missiyası çərçivəsində ediləcəyi heç vaxt nəzərdə tutulmayıb. Bu, tərəfdaşlar alyansı olmalıdır. Buna görə də biz həm Avropada, həm də Fars körfəzi ölkələrindəki tərəfdaşlarla və ABŞ ilə işləyirik", - o bildirib.

Xəbər lenti