IMG-LOGO

BƏƏ-nin HHM sistemləri İranın 6 raketini və 21 PUA-sını vurub

16 Mar 2026 16:41 4 baxış
IMG

BƏƏ-nin hava hücumundan müdafiə (HHM) sistemləri İranın 6 ballistik raketini və 21 pilotsuz uçuş aparatını (PUA) vurub.

"Report" xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında bildirilib.

Qeyd olunub ki, İran tərəfindən hücumların başlamasından bəri 304 ballistik raket, 15 qanadlı raket və 1 627 PUA vurulub.

"Hücumlar nəticəsində yeddi nəfər - iki hərbçi və beş mülki şəxs – ölüb, 145 nəfər isə yaralanıb", - məlumatda bildirilib.

Xəbər lenti