Ukraynanın Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Sazişinin tətbiqi planının icrası üzrə irəliləyişi 84% təşkil edib.
"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazir müavininin Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə ofisi 2025-ci il hesabatına əsasən məlumat yayıb.
"2025-ci ilin nəticələrinə görə, Sazişin icrasının ümumi irəliləyişi 2024-cü ildəki 81%-dən 2025-ci ildə 84%-ə qədər artıb", - məlumatda bildirilib.
Ötən il Assosiasiya Sazişi ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsində ən böyük irəliləyiş maliyyə sektoru, sosial siyasət və əmək münasibətləri, gömrük məsələləri, kənd təsərrüfatı, təhsil kimi sahələrdə əldə olunub. Ən az irəliləyiş isə dələduzluğa qarşı mübarizə, nəqliyyat, kosmos və innovasiyalar, elm və texnologiyalar kimi sahələri əhatə edir.