IMG-LOGO

Aİ Yaxın Şərq ölkələrinə 450 milyon avrodan çox məbləğdə humanitar yardım ayıracaq

16 Mar 2026 15:33 4 baxış
IMG

Avropa İttifaqı (Aİ) Yaxın Şərq ölkələrinə 458 milyon avro məbləğində humanitar yardımın ayrılacağını elan edib.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının "X" sosial şəbəkəsindəki hesabında bildirilib.

"Biz Fələstin, Livan, Suriya, İordaniya və Misir əhalisinə dəstək məqsədilə humanitar yardıma 458 milyon avro ayırırıq. Heç kimin diqqətdən kənarda qalmaması üçün beynəlxalq humanitar hüquq normalarına riayət etməyə və tərəfdaşlarımızla əməkdaşlığa əvvəlki kimi sadiqik", - məlumatda qeyd edilib.

Xəbər lenti