Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə İranın yeni lideri ayətullah Müctəba Xameneinin müalicə üçün Moskvaya gəlməsi barədə xəbərlərə münasibət bildirmək istəməyib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
"Biz bu cür xəbərləri heç bir şəkildə şərh etmirik", - Peskov cavabında bildirib.
Qeyd edək ki, İranın yeni ali rəhbəri Müctəba Xamenei səhhəti və təhlükəsizliyi ilə əlaqədar gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.