IMG-LOGO

Peter Siyarto: Ukrayna "Drujba" üzrə üçtərəfli məsləhətləşmələrdən imtina edir

16 Mar 2026 14:56 2 baxış
IMG

Ukrayna "Drujba" neft kəməri üzrə Slovakiya və Ukraynanın energetika nazirləri ilə üçtərəfli məsləhətləşməyə qatılmaqdan imtina edib.

"Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Bu günə Slovakiya və Ukraynanın energetika nazirləri ilə üçtərəfli məsləhətləşmə planlaşdırılmışdı, lakin yekunda Ukrayna tərəfi iştirak etmək istəmədi. Bu, Macarıstan Energetika Nazirliyinin nümayəndə heyətinin Kiyevdə üç gün yarım qalaraq dialoq qurmağa çalışmasından sonra baş verib", - o deyib.

Nazir həmçinin qeyd edib ki, görüşlərlə bağlı bütün sorğular həm Kiyevdə, həm də Brüsseldə rədd edilir.

P.Siyarto əlavə edib ki, Ukrayna Avropa İttifaqı nümayəndələrinə "Drujba" neft kəmərində yoxlama aparmağa icazə vermir:

"Aydındır ki, ukraynalılar texniki və fiziki cəhətdən işləməyə hazır olmasına baxmayaraq, "Drujba" neft kəmərini sırf siyasi səbəblərdən yenidən işə salmırlar".

Xəbər lenti