İranla müharibə nəticəsində son 24 saat ərzində İsrail xəstəxanalarına 142 nəfər çatdırılıb.
"Report" xəbər verir ki, bu barədə İsrail KİV-i Səhiyyə Nazirliyinin məlumatına istinadən məlumat yayıb.
Bildirilib ki, İranla müharibənin başlandığı fevralın 28-dən bəri xəstəxanalara 3 369 nəfər yerləşdirilib, onlardan 81-i hazırda müalicə olunur.
Xəstəxanaya yerləşdirilənlər arasında bir nəfərin vəziyyəti kritik, yeddi nəfərin vəziyyəti ağır, 14 nəfərin vəziyyəti orta ağır, 59 nəfərin vəziyyəti isə qənaətbəxşdir.
Nazirliyin statistikasına həm mülki şəxslər, həm də hərbçilər daxildir.