Yenidən zirvədə olmaq Azərbaycan karateçisi İrina Zaretskaya böyük zövq verir.
"Report" xəbər verir ki, 30 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında yazıb.
Təcrübəli karateçi İtaliyada baş tutan Karate1 Premyer Liqa turnirində mükafatçılar sırasına düşməsi ilə bağlı fikirlərini bölüşüb:
"Romada bürünc medal qazandım. Yenidən zirvədə olmaq mənə böyük zövq verir. Uğurlu nəticələr siyahıma daha biri əlavə olundu. Məni alqışlayan, dəstəkləyən hər kəsə təşəkkür edirəm.
Xatırladaq ki, İrina Zaretska bürünc medal uğrunda görüşdə Almaniya təmsilçisi Hanna Ridel üzərində 2:0 hesablı qələbə qazanıb.