IMG-LOGO

ABŞ yapon mafiyasının liderini İrana nüvə materialları satmaqda ittiham edib

22.02.2024 17:09 49 baxış
IMG

ABŞ hökuməti Yaponiya mafiyasının lideri Takeşi Ebisaveni nüvə materiallarının qaçaqmalçılığında ittiham edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik onu İrana nüvə silahı satmaq cəhdində günahlandırıb.

Məlumata görə, T. Ebisave hüquq-mühafizə orqanlarının 2022-ci ildə Nyu-Yorkda keçirdikləri əməliyyat zamanı saxlanılıb. O, Bruklindəki federal həbsxanada saxlanılır.

Məhkəmə tərəfindən təyin edilmiş vəkil Evan Lipton mətbuata açıqlamasında T. Ebisaveyə qarşı irəli sürülən ittihamları şərh etməkdən imtina edib. Həmçinin o, Ədliyyə Nazirliyinin mövqeyi ilə razılaşmadığını qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti