IMG-LOGO

Baydenin iti mühafizəçiləri 24 dəfə dişləyib

22.02.2024 13:48 49 baxış
IMG

Amerika prezidenti Co Baydenin alman çobanh iti Ağ evdə olarkən ABŞ Məxfi Xidmətinin əməkdaşlarını 20 dəfədən çox dişləyib.

Lent.az bildirir ki, bu barədə CNN yeni sənədlərə istinadən xəbər verir.

CNN-in məlumatına görə, Komander adlı it 2023-cü ilin oktyabr ayına qədər Ağ evdə yaşayarkən Məxfi Xidmət işçilərini azı 24 dəfə dişləyib. Eyni zamanda, prezident administrasiyasının nümayəndələri və digər şöbələrin əməkdaşları ilə də oxşar hallar baş verib.

Kanalın qeyd etdiyi kimi, vəziyyət o qədər ciddi olub ki, “işçilər xəsarət almamaq üçün vərdişlərini dəyişməyə məcbur olublar”. Komander bir dəfə Məxfi Xidmətin əməkdaşını dişləyərək çoxlu qan itirməsinə səbəb olub. Sənədlərdə deyilir ki, ona altı tikiş qoyulub.

Oktyabr ayında “Fox News” xəbər verib ki, Bayden və həyat yoldaşı Cill işçilərə qarşı aqressiv davranışa görə həmin iti Ağ evdə saxlamamaq qərarına gəliblər. Bu, Baydenlərin Ağ evi tərk edən ikinci itidir. 2021-ci ilin sonunda Meycor adlı bir alman çoban iti eyni səbəbdən - Ağ ev işçilərinə çoxsaylı hücumlara görə Vaşinqtondan Delaverə göndərilib. Amerika prezidenti və həyat yoldaşı Meycoru dostlarına hədiyyə edib.

Xəbər lenti