IMG-LOGO

Əli Əhməd Faysal: Fələstin dövlətinin yaradılmasında israrlıyıq

22.02.2024 12:15 46 baxış
IMG

Fələstin Milli Şurasının sədr müavini Əli Əhməd Faysal xalqının müharibədən əziyyət çəkdiyini, müstəqil dövlətin yaradılmasında fələstinlilərin israrlı olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə Əli Əhməd Faysal fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fələstin müharibədən əziyyət çəkir: "30 mindən çox insan ölüb, 70 mindən çox yaralımız var".

Sədr müavini əlavə edib ki, Fələstin dövlətinin yaradılması və qaçqınların geri qaytarılması məsələsində israrlıdırlar: "Bayden özü məsələnin Amerika siyasəti altında həll ediləcəyini desə də, bu, mümkün görünmür. APA-ya üzv ölkələr hər zaman Fələstinin yanındadır. Bütün dəstəklərə görə təşəkkürümüzü bildiririk".

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti