“Taliban” media işçilərinə şəkil çəkməklə bağlı müraciət edib və bunun böyük günah olduğunu açıqlayıb.
“Report”un “Khaama Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə radikal "Taliban" hərəkatı hökumətində İslami Dəvət və Rəhbərlik İdarəsinin rəhbəri Məhəmməd Haşim Şəhid Vror bildirib.
“Media işçiləri bütün vaxtlarını fotoşəkil çəkdirməyə sərf etməməlidirlər, çünki bu, böyük günahdır və axirətdə bunun hesabını verəcəklər”-deyə, o bildirib.
Vror bildirib ki, media işçilərinin fotoşəkillərlə yanaşı, daim saqqallarını qırxaraq günah işlədir və korrupsiyaya çox diqqət yetirirlər.
Agentlik qeyd edib ki, Əfqanıstanın Qəndəhar əyalətində “Taliban” hakimiyyəti hərbçilərə və dövlət qulluqçularına canlıların şəklini çəkməyi qadağan edib, çünki onların fikrincə, bu, şəriət qanunlarına ziddir.
Bizim Telegram kanalımıza abunə olun