IMG-LOGO

Venesuelada mədənin çökməsi nəticəsində 15 nəfər ölüb

22.02.2024 07:00 46 baxış
IMG

Venesuelada Bolivar ştatında qeyri-qanuni fəaliyyət göstərən mədənin çökməsi nəticəsində 15 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib.

Prezident qeyd edib ki, qanunsuz fəaliyyət göstərən Bulya Loka mədənində axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Bolivar ştatının qubernatoru Anxel Markanonun rəsmi məlumatlarına görə, qəzada 15 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Maduro əlavə edib ki, fevralın 20-də Anqostura bələdiyyəsində açıq mədəndə 100 m enində 30 m dərinlikdə torpaq çökməsi baş verib və həmin ərazidə iki helikopterin də cəlb olunduğu axtarış-xilasetmə işləri davam edir.

Anxel Markano prezidentə bildirib ki, faciə yerinə ilk gələn mer Xordi Asineqas ölənlərin çox olması ilə bağlı səhv bəyanatlar verib. Nəticədə KİV, o cümlədən CNN tərəfindən yalan məlumat yayılıb.

Maduro ölən və yaralanan mədənçilərin ailələrinə iqtisadi və sosial yardım göstəriləcəyini bildirib. Prezident həlak olanların yaxınlarına başsağlığı verib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti