“İlin əvvəlindən İtaliyaya dəniz yolu ilə gələn miqrantların sayı ötən ilin yanvar və fevral ayları ilə müqayisədə 65% azalıb”.
“Report” “ANSA”ya istinadən xəbər verir ki, bunu İtaliyanın daxili işlər naziri Matteo Piantedosi milli parlamentdə məlumat verib.
Onun sözlərinə görə, dəniz yolu ilə gələnlərin sayı ardıcıl beş aydır azalır. Nazir əlavə edib ki, prioritet miqrantların İtaliyaya çatmaq istəyərkən dənizdə ölməsinin qarşısının alınması, habelə qeyri-qanuni insan alveri fəaliyyətlərinin dayandırılmasıdır:
2022-ci ilin payızında hakimiyyətə gələn hazırkı hökumət əsasən Afrika ölkələrindən dəniz yolu ilə gələn miqrant axınının əhəmiyyətli dərəcədə artması (150%-dən çox) problemi ilə üzləşib.
Buna qismən də Tunisdəki qeyri-sabit vəziyyət səbəb olub. Roma, miqrantların göndərilməsini dayandırmaq vəzifəsini qarşısına qoyaraq, miqrantların Aİ ölkələri arasında bölüşdürülməsini təmin edən əvvəlki strategiyasından imtina edib.
Bizim WhatsApp kanalımıza abunə olun