IMG-LOGO

Ukrayna IMF-dən daha 900 milyon dollar ala bilər

22.02.2024 03:36 60 baxış
IMG

Ukrayna tezliklə Beynəlxalq Valyuta Fondundan (IMF) 15,6 milyard dollarlıq kreditin bir hissəsi kimi 900 milyon dollar tranş ala bilər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Vəsaitlərin köçürülməsi Rusiyanın Ukraynada əməliyyatına başlamasının ikinci ildönümünə təsadüf etməsi planlaşdırılır.

IMF Ukraynanın ABŞ və Avropa İttifaqından sonra üçüncü ən böyük sponsorudur və 2024-cü ildə ABŞ Konqresi vəd etdiyi 60 milyard dollarlıq tranşı təsdiqləməsə, ikinci yeri tuta bilər.

Ümumilikdə, Ukrayna 2024-cü ildə IMD-dən 5,4 milyard dollar alacaq.

Bundan əvvəl Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristalina Georgiyeva Ukraynanın xarici maliyyələşdirmə üçün 42 milyard dollara ehtiyacı olduğunu bildirmişdi.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti