Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün radikal HƏMAS-la yeni sazişə doğru irəliləyişin "ilkin əlamətləri" görünməyə başlayır.
"Report"un məlumatına görə, bu barədə İsrailin Müharibə Nazirləri kabinetinin naziri Beni Qantz Təl-Əvivdə keçirdiyi brifinqdə bildirib.
"Girovların azad edilməsi üçün yeni müqavilənin irəli sürülməsi üçün davamlı səylər var. Mümkün irəliləyişin ilkin ümidverici əlamətləri mövcuddur", - Qantz deyib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlıları Qəzza zolağından İsrail ərazisinə daxil olaraq 240-dan çox insanı girov götürüb. O vaxtdan bəri sektorda genişmiqyaslı hərbi əməliyyatlar davam edir.
Bizim Telegram kanalımıza abunə olun