IMG-LOGO

Yeni bitki növü tapıldı

22.02.2024 01:36 50 baxış
IMG

Tədqiqatçılar Çinin cənub-qərbindəki Yunnan əyalətində “Rubiaceae” ailəsinin yeni bitki növünü aşkar ediblər.

Lent.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Elmlər Akademiyasının Tropik Nəbatat Bağının alimləri tərəfindən tapılan bitki növü haqqında ilk dəfə “Phytotaxa” jurnalında məqalə dərc olunub.

Yunnan əyalətindəki yerli təbiət qoruğuna ekspedisiya zamanı alimlər “Rubiaceae” bitkisinin əvvəllər məlum olmayan yeni növünü aşkarlayıblar. Geniş araşdırmadan və müqayisələrdən sonra onun yeni növ olduğu təsdiqlənib. Ona “Leptomischus bracteosus” adı verilib.

“Rubiaceae” tropik ərazilərdə tibb, bağçılıq və qida istehsalı kimi məqsədlər üçün istifadə edilən iqtisadi əhəmiyyətli bitki sayılır.

Xəbər lenti