IMG-LOGO

Braziliya Prezidenti ABŞ dövlət katibi ilə Ukrayna və Qəzza böhranlarını müzakirə edib

21.02.2024 22:44 49 baxış
IMG

Braziliya Prezidenti Lula da Silva ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşüb və tərəflər Qəzza zolağındakı münaqişənin həlli və Ukraynakı vəziyyəti müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Braziliya lideri “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“ABŞ Dövlət katibi Antoni Blinkeni qəbul etdim. G20-ni, ABŞ Prezidenti Cozef Baydenlə birlikdə irəli sürdüyümüz iş şəraitinin yaxşılaşdırılması təşəbbüsünü, ətraf mühitin mühafizəsi, enerji keçidi, investisiya əlaqələrinin genişləndirilməsi və Ukrayna və Qəzzada sülh məsələsi üzrə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik”, - siyasətçi yazıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti