İspaniyanın paytaxtı Madriddə fermerlərin ən böyük etiraz aksiyası keçirilir, hazırda şəhərin küçələrində yüzlərlə traktor var.
“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, traktorlar İspaniya Kənd Təsərrüfatı Nazirliyinə doğru irəliləyir. Fermerlər yerli məhsulları ucuz xarici məhsullardan qorumaq üçün hakimiyyətdən tədbir görməyi tələb edirlər.
Bizim WhatsApp kanalımıza abunə olun