IMG-LOGO

Dəməşqdə SEPAH-ın iki müşaviri həlak olub

21.02.2024 15:16 49 baxış
IMG

İsrailin Suriyanın Dəməşq şəhərinin cənub-qərbindəki Kfar-Susa məhəlləsinə endirdiyi raket zərbəsi nəticəsində İran İslam Keşikçiləri Korpusunun (SEPAH) ən azı iki müşaviri həlak olub.

“Report” xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, bir mülki şəxs də həlak olub.

Qeyd edək ki, Kfar-Susa Dəməşqin hökumət məhəlləsi hesab olunur. Orada dövlət qurumları və təhlükəsizlik qüvvələrinin qərargahları, habelə xarici səfirliklər yerləşir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti