IMG-LOGO

Qırğızıstanın BMT-dəki daimi nümayəndəsi Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirib

14 Mar 2026 01:49 3 baxış
IMG

Qırğızıstanın BMT-dəki daimi nümayəndəsi Aida Kasımalieva Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) ev sahibliyini təqdirəlayiq hesab edir.

A. Kasımalieva bu barədə "Report"un ABŞ bürosuna BMT-nin Baş Qərargahında Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində "AQEM ölkələri üzrə qadınların gücləndirilməsi" mövzusunda keçirilən tədbirdə açıqlamasında danışıb.

Xanım səfir Azərbaycanın AQEM-ə sədrliyində əldə etdiyi uğurları alqışladığını bildirib:

"Biz Azərbaycan hökumətinə uğurlu sədrlik və bu yan tədbirin təşkilinə görə təşəkkür edirik. Bu tədbir sayəsində biz panelistlərin təqdimatları və brifinqlər vasitəsilə Azərbaycanın sədrlik dövründə göstərdiyi mühüm işləri öyrənə bildik. Azərbaycanın liderliyində AQEM-ə üzv bir çox ölkələrin təşəbbüslərinin maliyyələşdirilməsi və dəstəklənməsi məsələlərində belə bir şəbəkə və güclü liderlik çox dəyərlidir".

Xəbər lenti