IMG-LOGO

Azərbaycanda oğul qumara görə atasının pullarını oğurladı

05 Nov 2026 19:46 4 baxış
IMG
3 0

Astarada oğul atasının pullarını oğurlayıb.

Lent.az xəbər verir ki, 16 yaşlı Mehman Ədilov (ad və soyad şərtidir) onlayn qumar oynamaq üçün müxtəlif vaxtlarda atasının bank kartlarından ümumilikdə 2286 manat pulu talayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edərək peşman olduğunu və atası ilə barışdığını bildirib. O, bu səbəbdən barəsində yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkən şəxs də, həmçinin, oğlu ilə barışdığını və ona qarşı şikayətçi olmadığını qeyd edib.

Məhkəmənin yekun qərarı ilə M.Ədilov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

onlayn qumar Astara məhkəmə hadisə Atasının pullarını talayan oğul

Mənbə: lent.az

Xəbər lenti