IMG-LOGO

Türkiyədə silahlı hücum, 8 nəfər öldürüldü - YENİLƏNİB - VİDEO

05 Nov 2026 19:28 4 baxış
IMG
6 0

Afyonkarahisarın İhsaniye rayonundakı iki fərqli kənddə bir avtomobildə olan beş nəfəri  ov tüfəngi ilə güllələyərək öldürən şübhəlinin qaçış yolu boyunca başqa bir yerdə daha üç nəfəri öldürdüyü və bir nəfəri yaraladığı məlum olub.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə yerindən qırmızı rəngli maşınla qaçan və şəhər xaricindən gəldiyi müəyyən olan silahlı şübhəlinin Kütahyaya doğru getdiyi aşkar edilib.

***

18:55

Türkiyənin Afyonkarahisar vilayətində iki fərqli ərazidə silahla öldürülmüş 5 nəfərin meyiti aşkarlanıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat daxil olduqdan sonra əraziyə jandarm əməkdaşları göndərilib.

Ayazini kəndi ərazisində 3, Kıyır kəndi yaxınlığında isə 2 nəfərin meyiti tapılıb. 

Xəbərə görə 5 nəfərin iki avtomobildə güllələnərək öldürüldüyü müəyyən edilib. Şübhəlinin hadisə yerindən qaçdığı bildirilir. 

Hadisənin baş verdiyi kəndlərə gedən yollar bağlanıb. Polis şübhəli şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Sizin brauzer video tagını dəstəkləmir. Türkiyə hadisə silahlı hücum

Mənbə: lent.az

Xəbər lenti