IMG-LOGO

Şafkat Mirziyoyev: İlham Əliyevin səyi və Azərbaycan xalqının qəhrəmanlığı Qələbənin mühüm amili oldu

05 Nov 2026 18:39 2 baxış
IMG

Özbəkistan Prezidenti Şafkat Mirziyoyev Azərbaycanın siyasi, diplomatik və hərbi potensialının vahid məqsəd naminə səfərbər edilməsi istiqamətində Prezident İlham Əliyevin göstərdiyi böyük səylərin, həmçinin Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq və mətanətin tarixi Qələbənin mühüm amilləri olduğunu bəyan edib.

"Report"un məlumatına görə, Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrikdə Özbəkistan lideri qeyd edib ki, İlham Əliyevin müdrik və ardıcıl siyasəti, yüksək rəhbərlik məharəti və Vətənin taleyi naminə göstərdiyi əsl fədakarlıq sayəsində Azərbaycan xalqının çoxəsrlik arzu və istəkləri altı il bundan əvvəl tam gerçəkləşərək tarixi ədalətin bərpası və dövlətin ərazi bütövlüyünün təmin edilməsi kimi möhtəşəm nəticələr əldə olundu.

Mənbə: report.az

Xəbər lenti