IMG-LOGO

AQEM Baş katibinin müavini Qadınlar Şurasının təsisinə görə Azərbaycana təşəkkür edib

14 Mar 2026 00:21 2 baxış
IMG

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibinin müavini Zhang Ling qurumun tərkibində Qadınlar Şurası yaradıldığı üçün Azərbaycana təşəkkür edib.

Z. Ling bu barədə "Report"un ABŞ bürosuna BMT-nin Baş Qərargahında Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində "AQEM ölkələri üzrə qadınların gücləndirilməsi" mövzusunda keçirilən tədbirdə açıqlamasında danışıb.

AQEM Baş katibinin müavini qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə belə bir platformanın yaradılması ölkənin uğurudur:

"Ötən ilin avqust ayında təşkilatın Azərbaycanın təşəbbüsü ilə Nazirlər Şurası bununla bağlı qərar qəbul edib və AQEM yanında Qadınlar Şurası təsis olunub. Biz Azərbaycan rəhbərliyinə Qadınlar Şurasının yaradılması təşəbbüsünə görə, həqiqətən, minnətdarıq. Bu, təşkilatımız üçün tarixi bir mərhələdir".

Xəbər lenti