İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd - 4" əməliyyatının 46-cı dalğasının başladığını elan edib.
"Report" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Qeyd olunub ki, İsrail və ABŞ-nin bölgədəki bazalarına hücumda "Xürrəmşəhr", "Xeybərşikən", "İmad" və "Qədr" raketlərindən istifadə olunub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb.