IMG-LOGO

Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır

13 Mar 2026 22:06 103 baxış
IMG

İranın raket hücumları fonunda Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar proqramında çıxışı zamanı deyib.

"Qabaqlayıcı tədbirlər görülür", - Ərdoğan bildirib və əlavə edib ki, hazırda əsas məqsəd Türkiyəni bölgədəki gərginlikdən uzaq tutmaqdır.

"İrana hücumlara görə yarana biləcək məzhəb və etnik ayrı-seçkiliyə də qarşıyıq", - Türkiyə Prezidenti bildirib.

Xatırladaq ki, NATO hava hücumundan müdafiə qüvvələri ABŞ və İsrailin fevralın 28-də başlatdığı əməliyyatlardan sonra martın 4-ü, 9-u və 13-də İrandan atılmaqla Türkiyə hava məkanına daxil olan 3 ballistik raketi məhv edib.

Mənbə: report.az

Xəbər lenti