IMG-LOGO

Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər

13 Mar 2026 20:03 2 baxış
IMG

Ermənistanın müdafiə naziri Suren Papikyan və Avropa İttifaqının (Aİ) Hərbi Komitəsinin sədri, general-leytenant Şon Klensi müdafiə əməkdaşlığını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə S.Papikyan öz sosial şəbəkə səhifəsində yazıb.

"Bu gün Brüsseldə Aİ-nin Hərbi Komitəsinin sədri, general Şon Klensi ilə görüşdüm. Görüş zamanı hərbi hazırlıq, təlimlər, missiyalarda iştirak, həmçinin Aİ ilə Ermənistan arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu", - o yazıb.

S.Papikyan qeyd edib ki, tərəflər regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlərə də toxunublar.

Xəbər lenti