IMG-LOGO

Azərbaycanda 2025-ci ildə 5400 üztanıma kamerası istismar olunub

13 Mar 2026 17:15 41 baxış
IMG

Azərbaycanda 2025-ci ildə 5 400 üztanıma kamerası istismar olunub.

"Report" xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.

Hesabata əsasən, onlardan 4 600-ü Bakıda istismar edilir.

Videomüşahidə vasitələrinin tətbiqi ilə 22 900, o cümlədən 2 300 yol-nəqliyyat hadisəsi, 160 ictimai asayişin pozulması faktı, 982 yanğın və digər hadisələr müəyyən edilmiş, axtarışda olan 193, digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə edilən 23 avtomobil müəyyənləşdirilib.

Mənbə: report.az

Xəbər lenti