Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında Cənubi Qafqazda və Mərkəzi Asiya ilə bu region arasında qarşılıqlı əməkdaşlığın inkişafında mühüm rol oynayır.
"Report" xəbər verir ki, Özbəkistan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Əbdüləziz Kamilov bunu XIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, son illərdə Özbəkistanla Azərbaycan arasında münasibətlər çox dinamik şəkildə inkişaf edir: "Bu da əsasən iki ölkənin liderləri arasında möhkəm qardaşlıq münasibətlərinin qurulması ilə bağlıdır. Aramızda ən yüksək səviyyədə əməkdaşlıq və etimad münasibətləri qurulub. Bu, müttəfiqlik münasibətləridir. İqtisadi və humanitar əməkdaşlıq inkişaf edir".
Ə.Kamilov vurğulayıb ki, bu gün əməkdaşlıq ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxır və iki böyük regionu - Mərkəzi Asiyanı və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm rol oynadığı Cənubi Qafqazı əhatə edir: "Bizim hədəfimiz Mərkəzi Asiyanı Cənubi Qafqazla birləşdirərək yeni geosiyasi və iqtisadi məkan yaratmaqdır. Bunun təməlində Azərbaycan Prezidentinin Özbəkistana səfəri və Mərkəzi Asiya dövlətlərinin sammitində iştirakı zamanı əldə edilmiş qarşılıqlı anlaşma dayanır".