Tehranda "Müqəddəs Qüds" günü yürüşünün keçirildiyi ərazidə partlayış baş verib.
"Report" xəbər verir ki, bununla bağlı "Haber Global" məlumat yayıb.
Həmin vaxt Tehran sakinləri şəhərin əsas küçələrində toplaşaraq İran bayraqları ilə Tehran Universiteti istiqamətində yürüş keçiriblər.
Bildirilib ki, İsrail ordusu Tehranda insanların etiraz aksiyası üçün toplandığı əraziyə təxliyə xəbərdarlığı edib.
Açıqlamadan qısa müddət sonra isə İran dövlət mediası Tehranda yürüşün keçirildiyi ərazidə partlayış baş verdiyini açıqlayıb.
Xatırladaq ki, "Müqəddəs Qüds" günü hər il Ramazan ayının sonuncu cümə günü keçirilir.
Onun təşəbbüskarı İslam Respublikasının banisi ayətullah Ruhulla Xomeyni olub. Tədbirin hədəfi Fələstin xalqı ilə həmrəliyi nümayiş etdirməkdir. "Müqəddəs Qüds" günü 1979-cu il fevral inqilabından sonra hər il keçirilir.