ABŞ və İsrailin İran ərazisinə hücumları nəticəsində 24,5 mindən çox mülki obyekt, o cümlədən 19,77 min yaşayış binası zədələnib.
"Report" xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Hüseyn Kolivənd bildirib.
Onun sözlərinə görə, 4,5 mindən çox ticarət obyektinə ziyan dəyib.
H.Kolivənd əlavə edib ki, hücumlar nəticəsində 69 məktəb zədələnib, 154 nəfər həlak olub, 195 müəllim və şagird isə yaralanıb.