IMG-LOGO

Vahid Hacıyev: Azad edilən torpaqlarda tikinti ərazisinə düşən ağaclar layihələndirməni çətinləşdirir

13 Mar 2026 12:43 2 baxış
IMG

Azad edilən ərazilərdə tikinti ərazisinə düşən ağaclar layihələndirməni çətinləşdirir.

"Report"un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası zamanı çıxışı deyib.

O bildirib ki, BP şirkətinin dəstəyi ilə Yeni Nəfəs layihəsi çərçivəsində Zəngilan rayonu ərazisində 50 min ağac əkiləcək:

"Həmin ağaclara ekoloji cəhətdən düzgün qulluq olunması çox vacibdir. İkinci məsələ azad edilmiş ərazilərdə tikinti ərazilərinə düşən ağaclardır. Ağacların invertarlaşdırılması zamanı kəsilməsi mümkün olmayan ağacların daşınması çətinləşir. Bu səbəbdən layihələndirmə zamanı böyük problemlərlə üzləşirik. Biz invertarlaşmanı paralel aparmalıyıq ki, tikilən evlərin yerləri müəyyən olunsun".

Xəbər lenti