Çin son illərdə Rusiyanı geridə qoyaraq Mərkəzi Asiya ölkələrinin əsas ticarət tərəfdaşına çevrilib.
"Report"un məlumatına görə, bu barədə Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru Eldor Aripov XIII Qlobal Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, hələ 10 il əvvəl Mərkəzi Asiya ölkələri üçün əsas ticarət tərəfdaşı və başlıca investor Rusiya idi, lakin bu gün bu mövqeni Çin tutub: "Ötən il Çin ilə Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi rekord səviyyəyə - 106 milyard dollara çatıb. Bu isə 2021-ci il göstəricisindən demək olar ki, iki dəfə çoxdur. Oxşar dinamika investisiya sahəsində də müşahidə olunur".
E.Aripov vurğulayıb ki, dünya sisteminin transformasiyası və qlobal iqtisadi balansın dəyişməsi şəraitində Çinin regiondakı rolu artmaqda davam edir.