Çinin Azərbaycandakı səfirliyi ölkəsinin mədəniyyəti ilə tanışlıq və dilinin öyrənilməsi imkanlarının genişləndirilməsinə yardım göstərməyə davam edəcək.
"Report"un məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey brifinqdə bəyan edib.
Onun sözlərinə görə, Çinə səfərlər üçün vizasız rejimdən istifadə etmək istəyən azərbaycanlıların sayı artmaqda davam edir.
Səfir məmnuniyyətlə qeyd edib ki, azərbaycanlı yeniyetmələr Çin mədəniyyətinə maraq göstərirlər.
O, həmçinin vurğulayıb ki, Azərbaycanda getdikcə daha çox gənc Konfutsi İnstitutunda Çin dilini öyrənir. Səfirin sözlərinə görə, bu yaxınlarda Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Biləsuvarda filialı açıb.