Fransa vətəndaşı “EuroMillions” lotereyasında cekpot udub.
Lent.az “France-Presse”ə istinadla xəbər verir ki, qalib gələn kombinasiya 23 - 31 - 37 - 42 – 48 olub. Uduş məbləği 73 milyon avrodur (134 milyon manat). Bundan başqa 4 avropalının hər biri 140 min avro, 3 avropalının hər biri 45 min avro qazanıb.
“EuroMillions” lotereyasında rekord uduş ötən dekabrda qeydə alınıb. Həmin ayda Avstriya vətəndaşı 240 milyon avro (439 milyon manat) qazanmışdı.